26 C
Baku
Tuesday, April 30, 2024

“Instagram” və “Facebook”da mavi işarəni $12-a almaq olacaq

“Meta” şirkəti “Instagram” və “Facebook”a mavi işarəni aylıq 12 dollara satacaq. Qeyd olunur ki, mavi işarə istifadəçilərə bir sıra funksiyalara çıxış imkanı verəcək. Abunəlik artıq Avstraliya və Yeni Zelandiyada aktiv edilib. Sayt vasitəsilə ödəniş 11.99 dollar, iOS vasitəsilə ödəniş isə 14.99 dollar təşkil edəcək.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Şirkətin rəhbəri Mark Zukerberq təfərrüatları açıqlamadan abunəliyin “tezliklə daha çox ölkədə” istifadəyə veriləcəyini bildirib.

Xatırladaq ki, dekabr ayında “Twitter” mavi işarə abunəliyini yenidən işə salıb. iOS vasitəsilə ödəniş edənlər üçün ayda 11 dollar, digərləri üçün isə 8 dollardır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər