“Gələcəkdə Azərbaycanda da bankomatların vətəndaşlara qəpik qaytarması mümkün ola bilər”.
Bunu Litvanın “BS/2” şirkətinin direktor müavini Kiril Ovsyannikov deyib.
O qeyd edib ki, bu artıq dünya təcrübəsində istifadə edilir, bu barədə müəyyən layihələr var və Azərbaycanda da kommersiya bankları və ya Mərkəzi Bank mövzu ilə bağlı müraciət etsə bunu ölkəmizdə də tətbiq etmək olar:
“Biz 90-cı illərin ortalarından Azərbaycandakı banklarla əməkdaşlıq edirik. İstəyirik ki, Azərbaycanda bank sahəsi daha texnoloji, praktik, effektiv, şəffaf və təhlükəsiz olsun. Bankomatlarla bağlı təkliflər bizim sifarişçilərimizdən aslıdır. İstənilən mövzu ilə bağlı təklif irəli sürüldükdə, biz onun texnoloji baxımdan mümkünlüyünü təşkil edirik. Azərbaycanda yerləşən bir çox bankomatlar bizim şirkətə məxsusdur”.
Xatırladaq ki, bu il yanvarın 1-nə Azərbaycandakı bankomatların sayı illik müqayisədə 3.1 % artaraq, 2 997 ədədə çatıb. Onlardan 1 565 ədədi Bakıda quraşdırılıb.