Yaxın gələcəkdə avtonom avtomobillər yollarda geniş yayıldığı zaman hərəkəti tənzimləmək üçün işıqforların 4-cü rənginə ehtiyac yarana bilər.
Banker.az xarici mediaya istinadən bildirir ki, tədqiqatçılar sürücülərə avtonom nəqliyyat vasitələrinin qarşıdan gələn nəqliyyat axınını ağıllı şəkildə idarə etdiyini bildirəcək əlavə ağ işıqfor təklif edirlər. Təklifin arxasında duran ideya həm tıxac səviyyəsini, həm də ümumi yanacaq sərfiyyatını azaltmaqdır.
Avtonom avtomobillər və yük maşınları biz insanlar kimi ağ işıqfora “baxmağa” ehtiyac duymayacaqlar, çünki onlar onunla simsiz əlaqə quracaqlar. Ancaq bu ağ işığın köməyi ilə insan sürücülərə və sərnişinlərə avtonom nəqliyyat vasitələrini izləmək üçün siqnal verilə bilər.