7 C
Baku
Thursday, December 12, 2024

Putin deyir ki, Qərb Rusiyaya qarşı iqtisadi cəbhə açıb

“Qərb bizə qarşı iqtisadi cəbhə açıb, amma heç yerdə məqsədinə çatmayıb və heç vaxt da çatmayacaq”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.

Onun sözlərinə görə, sanksiyaları tətbiq edənlər qiymətlərin artmasına və işsizliyə səbəb olduqları üçün özlərinə ziyan vururlar: “Onlar öz vətəndaşlarına deyirlər ki, günahkar ruslardır”.

Putin qeyd edib ki, anti-Rusiya sanksiyaları sadəcə bir vasitədir. “Məqsəd vətəndaşlarımızı əziyyət çəkməyə məcbur etməkdir. Nə qədər humanistdirlər!? Lakin Rusiya iqtisadiyyatı Qərbin düşündüyündən daha möhkəm oldu. Biz iqtisadi vəziyyətimizin davamlılığını təmin etmişik. Biz kəsir yaranmasına imkan vermədik, sahibkarları, maliyyə sistemini dəstəklədik” – deyə o bildirib.

Son xəbərlər
Digər xəbərlər