Çinin Quançjou şəhəri (Urumçi vasitəsilə) ilə Bakı arasında gediş-gəliş mart ayında rəsmi olaraq bərpa olunacaq.
Çinin Azərbaycandakı səfirliyindən bildirilib ki, “China Southern Airlines” şirkətinin yaydığı məlumata görə, martın 13 və 20-də hər iki tərəfə yalnız bir reys həyata keçiriləcək. Martın 26-dan etibarən isə həftədə iki reysin (Çərşənbə/Bazar) bərpası planlaşdırılır.