8 C
Baku
Friday, December 13, 2024

“Ericsson” 1 400 işçisini ixtisar edəcək

“Ericsson” şirkəti xərcləri azaltmaq məqsədilə 1400 işçisini ixtisar edəcəyini bildirib.

İxtisarlar şirkətin İsveçdəki ofislərində aparılacaq.

2022-ci ilin 4-cü rübü üzrə hesabata əsasən, “Ericsson” şirkətində dünya üzrə 105 min 529, İsveçdə isə 14 min 481 nəfər işləyir. Deməli, şirkət İsveçdəki ümumi işçi qüvvəsinin 10 faizini ixtisar edəcək.

Yanvarın 20-də “Ericsson” 2022-ci maliyyə ili üçün satış göstəricilərini təqdim edib. Belə ki, ümumi xalis satışlar illik müqayisədə 17 faiz artaraq 271.5 milyard SEK-ə (26.2 milyard ABŞ dollarına) çatıb. Lakin xalis gəlir 17 faiz azalaraq 19.1 milyard SEK-ə (1.84 milyard ABŞ dolları) düşüb.

Şirkətin prezidenti və baş icraçı direktoru Börje Ekholm deyib: “Öz fəaliyyətimiz üçün uzunmüddətli perspektivə müsbət yanaşırıq. Lakin kapital bazarlarında yaxın müddətli perspektiv qeyri-müəyyən olaraq qalır. Biz gözləyirik ki, operatorlar makroiqtisadi çətinliklərə cavab olaraq xərclərini daha çox azaltmaqla aktivlərini idarə edəcəklər. Bundan əlavə, tədarük vəziyyəti yaxşılaşdıqca operatorların inventar səviyyələrini tənzimləmələrini gözləyirik”.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər