“İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxs Qala Sığorta ASC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxsə məxsus anbar sahələrində olan mal-material dəyərlilərinin sığorta olunmasının satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 164 500 manatdır.
Xatırladaq ki, “Qala Sığorta” şirkəti “Çartis-Azərbaycan” sığorta şirkətinin bazasında yaradılıb.