“Corat-XXI Əsr” Məhdud Məsuliyyətli Cəmiyyəti “Azsığorta” ASC-ni məhkəməyə verib.
Banker.az xəbər verir ki, “Corat-XXI Əsr” MMC-nin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır.
“Corat-XXI Əsr” MMC ilə “Azsığorta”nin arasındakı məhkəmə çəkişməsinin səbəbi isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Sığorta müqaviləsi üzrə mübahisələrdir.
Qeyd edək ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 105.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında “Azsığorta” Açıq Səhmdar Cəmiyyətinə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVİSMS) növü üzrə verilmiş icazənin ləğv edilməsi yolu ilə “Azsığorta” ASC sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 15 sentyabr 2022-ci il tarixindən məhdudlaşdırılıb.
Xatırladaq ki, “Corat-XXI Əsr” MMC 2001-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 120 manatdır və qanuni təmsilçisi Elgün Zeynalovdur.