Tacikistan-Çin sərhədində 7,2 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 10,8 min nəfərin yaşadığı Murqab qəsəbəsindən 63 km qərbdə, zəlzələ ocağı 77 km dərinlikdə yerləşirdi.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.
Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) verdiyi açıqlamaya görə, Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Bölgəsi ilə Tacikistanın şərqindəki Dağlı Bədəxşan Muxtar Bölgəsi sərhədi yaxınlığında 7,2 bal gücündə zəlzələ qeydə alınıb.