10 C
Baku
Friday, December 13, 2024

Çinin Ukrayna böhranını həll etmək üçün 12 bəndlik planı

Çin Xarici İşlər Nazirliyi öz saytında Pekinin “Ukrayna böhranının siyasi həlli” ilə bağlı mövqeyini əks etdirən sənədi dərc edib. Sənədə 12 bənd daxildir.

1. Beynəlxalq hüquqa və BMT Nizamnaməsinə ciddi riayət edilməsi əsasında bütün ölkələrin suverenliyinə hörmət etmək. Sənəddə deyilir: “Bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü səmərəli şəkildə qorunmalıdır”.

2. Soyuq Müharibə zehniyyətini və bütün tərəflərin başqalarının təhlükəsizliyi hesabına öz təhlükəsizliyini təmin etmək cəhdlərini rədd etmək.

3. Hərbi əməliyyatların dayandırılması, münaqişənin gərginləşdirilməməsi və hərtərəfli atəşkəs üçün Rusiya və Ukraynanın birbaşa dialoqun tezliklə bərpasına doğru hərəkətinə dəstək vermək.

4. Sülh danışıqlarının bərpası – Çinin konstruktiv rol oynamağa davam etməyə hazır olduğu Ukrayna böhranının yeganə səmərəli həllidir.

5. Humanitar böhranın həlli, mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizlərin yaradılması, bu məsələdə BMT-nin əlaqələndirici rolu ilə humanitar yardımın artırılması.

6. Mülki əhalinin və hərbi əsirlərin müdafiəsi və hərbi əsirlərin mübadiləsi üçün daha əlverişli şəraitin yaradılması.

7. Atom elektrik stansiyalarının təhlükəsizliyinin təmin edilməsi.

8. Strateji risklərin kimyəvi və bioloji silahların “hər hansı bir ölkə tərəfindən hər hansı bir şəraitdə” istifadə edilməsinin qeyri-mümkün olduğunu başa düşmək yolu ilə azaldılması.

9. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən imzalanmış Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində taxıl ixracını təşviq etmək.

10. “Problemi həll edə bilməyən, yalnız yeni problemlər yaradan” birtərəfli sanksiyalara son qoyulması.

11. İstehsal və tədarük zəncirlərinin sabitliyini qorumaq, dünya iqtisadiyyatından siyasi məqsədlər üçün istifadə etməkdən imtina etmək.

12. Çinin kömək etməyə və konstruktiv rol oynamağa hazır olduğu münaqişədən sonrakı yenidənqurmanı təşviq etmək.

Fevralın 18-də Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitənin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Vanq Yi Münhen Təhlükəsizlik Konfransındakı çıxışında bildirib ki, Pekin Ukraynada müharibənin ildönümündə bu böhranının həlli ilə bağlı sənəd hazırlayıb.

Son xəbərlər
Digər xəbərlər