Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Finlandiyanın əməkdaşlıq və xarici ticarət naziri Ville Skinnari ilə görüşüb.
Bu barədə Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı tərəflər Finlandiyanın Qazaxıstanda viza mərkəzi açmaq məsələsini müzakirə ediblər.
“Finlandiyanın Astanadakı səfirliyində Mərkəzi Asiya vətəndaşlarına xidmət göstərəcək viza mərkəzi açılacaq”, – mətbuat xidmətindən bildirilib.