2 C
Baku
Saturday, December 14, 2024

Türkiyə və Suriyada zəlzələ qurbanlarının sayı 50 min nəfəri keçib

Fevralın 6-da Türkiyə və Suriyada baş verən zəlzələlərin qurbanlarının sayı 50 min nəfəri keçib.

Hər iki ölkədən verilən son məlumatlara görə, zəlzələlər nəticəsində ölənlərin sayı artıb.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, təkcə bu ölkədəki zəlzələlər nəticəsində 44 218 nəfər ölüb. Suriyada isə təbii fəlakət nəticəsində 5 914 insan ölüb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqində və Suriyanın sərhədyanı rayonlarında maqnitudası 7-dən yuxarı olan iki zəlzələ baş verib, daha sonra onlarla afterşok olub.

Son xəbərlər
Digər xəbərlər