12 C
Baku
Monday, November 25, 2024

İlon Mask yenidən dünyanın ən varlı adamı olub

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri, amerikalı sahibkar İlon Mask növbəti dəfə dünyanın ən varlı adamları reytinqinə başçılıq edir.

Bu barədə “Bloomberg” xəbər verir.

Agentliyin məlumatına görə, Maskın sərvəti 187,1 milyard dollar qiymətləndirilir.

Mask sərvəti 185,3 milyard dollar olan LVMH (Louis Vuitton Moet Hennessy, “Louis Vuitton – Moet – Hennessy”) şirkətlər qrupunun prezidenti Bernard Arnonu keçərək, yenidən planetin ən varlı adamı adını qazanıb.

Agentlik qeyd edib ki, Maskın aktivləri onun “Tesla” şirkətinin səhmlərinin qiymətinin təxminən 70% artması hesabına çoxalıb. Şirkətin elektriklə işləyən avtomobillərinə qiymətləri endirdikdən sonra tələbin artması da milyarderin sərvətinin artmasına səbəb olub.

Son xəbərlər
Digər xəbərlər