Çində tələbin kəskin bərpası və təklifin durğunluğu fonunda neft bazarı 2023-cü ilin ikinci yarısında qıtlıqla üzləşə bilər.
Bu barədə “Goldman Sachs Group, Inc”in analitik qeydində bildirilir.
Məlumata görə, qeyd olunan prosseslər “OPEC+”razılaşması iştirakçılarının iyun ayında keçiriləcək iclasında hasilatın artırılması barədə qərarın verilməsinə səbəb ola bilər.
Qeyd edək ki, ötən ilin oktyabr ayında OPEC+ ölkələri gündəlik neft hasilatını 2023-cü ilin sonuna 2 mln. barel azaltmaq barədə razılığa gəliblər.
“Goldman Sachs” ilin ikinci yarısında “OPEC+” üzrə gündəlik hasilatının 1 mln.barel artması şərtilə dekabr ayı üçün neft qiymətlərinin tədricən 100 ABŞ dolları səviyyəsinə yüksələcəyini gözləyir.
“OPEC+” hasilat səviyyəsini dəyişməsə, o zaman “Brent” markalı neftin qiyməti dekabr ayı üçün 107 dollara çata və daha da artmağa davam edə bilər.