Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovu Moskvaya səfərə dəvət edib.
Bunu Rusiya xarici işlər naziri Azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.
“Mənim azərbaycanlı həmkarım Ceyhun Bayramovla daim təmasdayıq. Mən fürsətdən istifadə edib azərbaycanlı həmkarımı Rusiya Federasiyasına səfərə dəvət edirəm”,- o deyib.