2023-cü ilin ilk iki ayında Rusiyanın ən zəngin iş adamlarının sərvəti 10,4 milyard dollar artıb.
Bu barədə “Bloomberg Billionaires Index”in məlumatında bildirilib.
“Lukoyl” neft şirkətinin keçmiş prezidenti, Azərbaycan əsilli rusiyalı iş adamı Vahid Ələkbərov bu ilin ilk iki ayı ərzində 2,43 milyard dollar qazanıb.
“Severstal”-ın əsas səhmdarı Aleksey Mordaşov 1,54 milyard dollar, “NLMK” Direktorlar Şurasının rəhbəri Vladimir Lisin 905 milyon dollar, Maqnitoqorsk Dəmir-Polad Zavodunun Direktorlar Şurasının rəhbəri Vladimir Raşnikov 825 milyon dollar, “USM”-in təsisçisi və əsas səhmdarı Əlişer Usmanov 738 milyon dollar vəsait qazanıb.
Ən zəngin rusiyalı milyarder, “Norilsk Nikel”in rəhbəri, reytinqdə 44-cü yerdə olan Vladimir Potanin 94,2 milyon dollar itirib.