Bu ilin yanvar ayında Rusiyanın neft və qaz satışından əldə etdiyi gəlirlər 38% azalıb.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.
Hesabata görə, Rusiya neftinə qarşı sanksiyaların qüvvəyə minməsi və qazın birja qiymətlərinin aşağı düşməsi fonunda Rusiyanın neft və qaz gəlirləri 38 % azalaraq 18,5 milyard ABŞ dolları təşkil edib.
İEA-nın icraçı direktoru Fatih Birolun sözlərinə görə, 2022-ci ilin yanvarında Rusiyanın neft və qaz satışından əldə etdiyi gəlirlər 30 milyard ABŞ dolları səviyyəsində olub: “Yəni sanksiyaların tətbiqindən müəyyən uğurlar qeydə alına bilər”.
F. Birolun fikrincə, yaxın aylarda Rusiyanın gəlirləri daha da azalacaq: “Çünki texnologiya və investisiya imkanlarının olmaması ona təsir edəcək”.