Moldova hökuməti ölkəyə mülki təhlükəsizlik missiyasının göndərilməsi üçün Avropa İttifaqı ilə danışıqlar aparır.
Bu barədə Moldova Baş nazirin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku ölkəsinin Aİ-yə üzvlük üçün müraciətinin ildönümü münasibətilə təşkil olunan mətbuat konfransında deyib.
“Bizim Avropa İttifaqı ilə kifayət qədər iddialı məqsədlərimiz var. Məsələn, Aİ-nin xarici və təhlükəsizlik siyasəti üzrə məsləhət missiyasının gəlməsi. Sülh məqsədləri kontekstində tərəfdaşlığımızı inkişaf etdirmək üçün Aİ tərəfdaşları ilə müzakirələri davam etdiririk”, – nazir qeyd edib.