7 C
Baku
Thursday, December 12, 2024

Gürcüstanda ərzaq məhsulları 14 faiz bahalaşıb

Gürcüstanda fevral ayında illik inflyasiya 8,1 faiz, aylıq isə 0,3 faiz təşkil edib.

Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb..

Bildirilib ki, 2022-ci ilin fevral ayı ilə müqayisədə ərzaq məhsulları və alkoqolsuz içkilər 14 faiz bahalaşıb.

Məlumata görə, ən çox tərəvəz məhsulları bahalaşıb və qiymət artımı bu məhsullarda 25,8 faiz təşkil edib. Digər ən böyük qiymət artımı çörək və un məmulatlarında qeydə alınıb – 21,0 faiz. Balıq məhsulları 12,1 faiz, ət və ət məhsulları 10,2 faiz, şəkər və şirniyyat məhsulları 9,8 faiz, süd, pendir və yumurtanın qiyməti 17,2 faiz, çay, kofe və kakao 14,5 faiz bahalaşıb. Meyvə və üzümün qiyməti isə 0,3 faiz azalıb.

Son xəbərlər
Digər xəbərlər