10 C
Baku
Thursday, December 12, 2024

Türkiyə müxalifəti bu gün vahid namizədini açıqlayacaq

Türkiyə müxalifəti bu gün ölkədə mayın 14-ü keçiriləcək prezident seçkilərinə vahid namizədini açıqlayacaq.

Müxalifət liderlərindən ibarət “beşli masa” bu gün iclas keçirəcək. İclasdan sonra isə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun sözügedən namizədi elan edəcəyi gözlənilir.

Xatırladaq ki, martın 2-si “altılı masa” iclas keçirib. İclasın gündəliyində əsas olaraq müxalifət liderlərinin ölkədə keçiriləcək prezident seçkilərinə vahid namizədinin müəyyən edilməsi daxil edilib. Danışıqlardan narazı qalan M.Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlayıb.

Qeyd edək ki, “altılı masa”ya  Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, İYİ Partiyasının sədri Meral Akşener, Demokratiya Partiyasının sədri Gültekin Uysal, Saadet partiyasının sədri Temel Karamollaoğlu, DEVA Partiyasının sədri Ali Babacan və Gelecek Partiyasının sədri Ahmet Davutoğlu daxil idi.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər