13 C
Baku
Monday, May 6, 2024

Azərbaycanlı sürücülərin xaricdə törətdiyi qəzalara görə sığorta ödənişi 28% artıb

2022-ci ildə Azərbaycandan olan avtomobil sahiblərinin ölkə xaricində törətdiyi 291 yol-nəqliyyat hadisəsinə görə 910 421 manat sığorta ödənişi həyata keçirilib.

Banker.az xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosundan bildirilib.

Məlumata görə, bunlar, 2021-ci illə müqayisədə müvafiq olaraq 24,9 % və 27,8 % çoxdur.

Ötən il hər yol qəzasına düşən sığorta ödənişi 3 128 manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 2,3 % çoxdur.

Sığorta ödənişləri “Yaşıl Kart” beynəlxalq sığorta sistemi çərçivəsində verilib. Sığorta hadisələri əsasən Rusiya və Türkiyədə baş verib.

78db95de eadd 3ecd 848a a84d97aaa5e2
Son xəbərlər
 ⁠
Digər xəbərlər