15 C
Baku
Sunday, November 24, 2024

Azərbaycan ötən il yodu xaricə 2 dəfə baha satıb

Azərbaycan 2022-ci ildə 179.06 tonluq yod məhsulu ixrac edib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da illik müqayisədə 5 dəfədən çox artım deməkdir.

İxrac edilmiş yodun bir tonu 2021-ci ildə $37 905-ə satıldığı halda, 2022-ci ildə $75 516-ya ortalama qiymətlə satıb. Bu da hər ton üçün orta qiymətin 2 dəfə bahalaşması deməkdir.

Bu balaşma nəticəsində ölkənin yoddan valyuta daxilolması 13 milyon 521.9 min dollar təşkil edib.

İxrac edilmiş yodun 81%-i, və ya 144.6 tonu ($11.69 mln.) Rusiya Federasiyasına ixrac edilib.

Xatırladaq ki, Azərbaycan 2022-ci ildə yod istehsalını 16.2 faiz artırmaqla 194.7 tona yüksəldib.

Son xəbərlər
Digər xəbərlər