2 C
Baku
Saturday, December 14, 2024

Dövlətin bir illik istiqrazlarının gəlirliyi növbəti dəfə azalıb

2023-cü il 07 mart tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0101030036 ISIN kodlu, tədavül müddəti 364 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə Banker.az-a Maliyyə Nazirliyindən bildirilir.

AZ0101030036 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 274 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 70,0 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 93,9302 (gəlirlilik 6,5155%) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 05 mart 2024-cü ildir.
432442242

Son xəbərlər
Digər xəbərlər