7 C
Baku
Thursday, December 12, 2024

Səudiyyə Ərəbistanının aviaşirkəti Bakıya uçuşları bərpa edir

Səudiyyə Ərəbistanının aşağı büdcəli aviaşirkəti “Flynas” Bakıya mövsümi uçuşları bərpa edəcək.

Məlumata görə, aviaşirkət Azərbaycanla yanaşı, əvvəllər mövsümi uçuşlar həyata keçirdiyi Praqa (Çexiya), Vyana, Salzburq (Avstriya), Tbilisi, Batumi (Gürcüstan), Sarayevo (Bosniya), Hurqada, Şarm Əl-Şeyx (Misir), Trabzon, Bodrum (Türkiyə) və Salalaha (Oman) istiqamətində də aviareyslər yerinə yetirəcək.

Bundan başqa, “Flynas” bu yay mövsümündə 10 yeni istiqamət üzrə uçuşlara başlayacaq. Söhbət paytaxt Ər-Riyaddan Maldiv adaları, İrəvan (Ermənistan), Antalya (Türkiyə), Tivat (Monteneqro), eləcə də Dammamdan Salalah (Oman), İstanbul, Trabzon (Türkiyə) və Tivat (Monteneqro), Ciddədən isə Salalah (Oman) və Bodrum (Türkiyə) istiqamətində həyata keçiriləcək aviareyslərdən gedir.

“Şəbəkənin genişləndirilməsi və yeni istiqamətlərin əlavə edilməsi “Biz dünyanı krallığa bağlayırıq” təşəbbüsümüzün bir hissəsi, Yaxın Şərqin ən yaxşı aşağı büdcəli aviaşirkəti, dünya miqyasında öz kateqoriyasının ən yaxşı 10 aviaşirkətindən biri kimi lider mövqeyimizi möhkəmləndirmək istəyinin göstəricisidir”, – deyə “Flynas”ın baş direktoru Bander Almohanna bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər