Rusiya Avropa İttifaqı ölkələrinə qaz tədarükünü 80 % azaldıb.
Bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen Kanadanın Baş naziri Castin Trüdo ilə birgə mətbuat konfransında deyib.
“Biz Rusiyanın ən böyük müştəriləri idik, lakin o, cəmi səkkiz ay ərzində qaz tədarükünü 80% azaldıb”, – Ursula fon der Lyayen bildirib.
AK rəhbəri vurğulayıb ki, Ukraynada müharibə başlayandan sonra Aİ Moskvadan tez bir zamanda enerji asılılığından xilas olmaq üçün əlindən gələni edib.