9 C
Baku
Thursday, November 28, 2024

Sunak Baydenlə danışıqlar aparacaq

Böyük Britaniyanın Baş naziri Rişi Sunak ABŞ Prezidenti Cozef Bayden və Avstraliyanın Baş naziri Entoni Albanese ilə üçtərəfli AUKUS çərçivəsində təhlükəsizliklə bağlı danışıqlar aparmaq üçün martın 13-də ABŞ-a səfər edəcək.

Bu barədə Böyük Britaniya Baş nazirinin nümayəndəsinə istinadən “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, danışıqlar Kaliforniya ştatının San Dieqo şəhərində baş tutacaq. Görüş zamanı üçtərəfli əməkdaşlığa dair sazişin yeni detalları müzakirə olunacaq. Həmçinin səfər zamanı liderlər ABŞ Sakit Okean Donanmasının sualtı qayığına baş çəkə bilərlər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər