Ötən il Azərbaycan əhalisinin istehlak səbətinin əsas komponenti kartof bazarda öncəki illərlə müqayisədə azlıq təşkil edib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ildə kartofun məhsul yığımı öncəki illə müqayisədə 12.3 min ton artsa da, ümumilikdə xaricdən idxalın ümumi həcmində 23.18 min ton azalma olub.
2022-ci ildə Azərbaycanda 54.8 min ha. ərazidən 1 milyon 74.3 ton kartof yığılmışı.
İdxalın azalmasına səbəb İran İslam Respublikasından idxalın kəskin enişidir. Belə ki, 2021-ci ildə islam respublikasından Azərbaycana 164.54 min ton ($40 mln.) kartof gətirildiyi halda, 2022-ci ildə bu rəqəm 41.65 min tona ($10.37 mln.) düşüb. Bu da illik müqayisədə 122.9 min ton, yaxud 75% azalmadır.
Azərbaycan İran kartofunun kəskin azalması fonunda, bu boşluğu Pakistan və Türkiyə ilə doldurmağa çalışıb. Pakistandan 2022-ci ildə 24.580 min ton ($7.37 mln.) və Türkiyədən isə 31 min ton ($7.78 mln.) kartof idxal edilib. Öncəki illərdə Pakistandan çox cüzi miqdarda bu məhsulun idxalı gerçəkləşmişdi.
Kartofun qalan 7.88 min tonu ($1.97 mln.) Gürcüstandan gətirilib ki, illik 6% artımdır.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanda kartofun qiyməti 40% üzərində bahalaşmaqla bir kiloqramının orta qiyməti 0.98 manatdan 1.41 manata qədər bahalaşmışdı.