10 C
Baku
Monday, November 25, 2024

“2011-2021-ci illərdə Azərbaycan iqtisadiyyatına 62 mlrd. manat investisiya qoyulub”

2011-2021-ci illərdə Azərbaycan iqtisadiyyatına 62,3 milyard manat investisiya qoyulub.

Bunu Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsi məqsədilə yaradılmış İnvestor Xəritəsinin təqdimat mərasimində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

“Azərbaycana böyük məbləğli investisiyalar cəlb edilir. Bu, əlverişli biznes mühitinin nəticəsidir. Bir ölkədə əlverişli biznes mühiti mövcud deyilsə, həmin ölkəyə heç kim investisiya yatırmır. Ölkə prezidentinin həyata keçirdiyi uğurlu xarici və daxili siyasət , o cümlədən yaradılmış əlverişli biznes mühiti investorların diqqətini cəlb edir”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər