Ləğv prosesində olan “Zəyəm Sənaye İstehsal” ASC-nin Ləğvetmə komissiyası bildirir ki, “Zəyəm Sənaye İstehsal” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının növbədənkənar iclası 24 aprel 2023-cü il tarixə saat 11:00 təyin olunmuşdur.
Banker.az xəbər verir ki, iclas Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Vaqif küçəsi 60A ünvanında yerləşən “Zəyəm Sənaye İstehsalat” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasında keçiriləcəkdir.
Cəmiyyətin səhmdarı kimi həmin iclasda iştirak etməyinizin zəruriliyini nəzərə alaraq, göstərilən vaxtda həmin ünvanda olmağınızı xahiş edirik. Ümumi yığıncağın iclasında gündəliyə çıxarılacaq məsələ aşağıdakıdır: 1. “Zəyəm Sənaye İstehsal” Açıq Səhmdar Cəmiyyətinə aid səhmlərin dövriyyədən çıxarılması barədə qeydlər aparılmasının və cəmiyyətə aid səhmlərin özgəninkiləşdirilməsi prosesinin dayandırılması.