11 C
Baku
Monday, November 25, 2024

“Bolmart”da nöqsanlar aşkarlandı – Azərbaycan dilində markalanması olmayan məhsullar satıb

7 mart tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 20 ticarət müəssisəsi və 5 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 11 müəssisədə nöqsanlar müəyyən olunub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 4, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 5, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 4, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 3, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

 

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
Ticarət müəssisələri
1 “Çinar” şərab evi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr., ev 3 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2 “Ruslan 93” market Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr., ev 7A 1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3 “Qayalı” market Sumqayıt şəhəri, məh. 15, ev 10-1 1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
4 “Bolmart” market Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi 1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
5 “Ağabəyoğlu” market Xaçmaz rayonu, Hacıəlibəy kəndi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
4.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
6 “Qardaşlar” market Masallı şəhəri, Z.Əliyeva prospekti 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
7 “Ucuz” market Masallı şəhəri, 20 Yanvar küçəsi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
8 Əsədov Asif Yusif oğluna məxsus mağaza Bərdə rayonu, N.Nərimanov küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
İctimai iaşə müəssisələri
9 “Cıdır” kafesi Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 1 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
4.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
10 “Yüksəl” kafesi Quba şəhəri, Atıcı Diviziya küçəsi, 223-cü məhəllə 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
11 Bayandırov Sahibə məxsus çay evi Bərdə rayonu, Ü.Hacıbəyov küçəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
Son xəbərlər
Digər xəbərlər