11 C
Baku
Monday, November 18, 2024

AMB: islam bankçılığı kimi alternativ alətlərindən istifadə nəzərdən keçirilir

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının görüşünü keçirilib.

Banker.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov öz tvitter hesabında yazır.

Görüş zamanı maliyyə-bank sektoru ilə sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi, biznesin maliyyə xidmətlərinə çıxışının yaxşılaşdırılması istiqamətində müzakirələr aparılıb.

“Görüşdə real sektorun kreditləşməsinin aktivləşdirilməsi, güzəştli kreditlərin əhatə dairəsinin genişləndirilməsi, regionlarda sahibkarların girov təminatında üzləşdikləri problemlərin aradan qaldırılması, real sektorun inkişaf etdirilməsi üçün islam bankçılığı kimi alternativ maliyyə alətlərindən istifadənin nəzərdən keçirilməsi, sahibkarlar üçün maliyyə-bank xidmətlərinin rahatlaşdırılması, həmçinin Mərkəzi Bankın requlyator kimi zəruri dəstək tədbirləri və digər məsələlər ətrafında fikir mübadiləsi apardıq”- deyə, T.Kazımov bildirir.

Son xəbərlər
Digər xəbərlər