10 C
Baku
Monday, November 25, 2024

Nazirlik: 2050-ci ilə qədər Azərbaycanın su ehtiyatı 15-20%-ə qədər azalacaq

Təəssüf ki, iqlim dəyişiklikləri Azərbaycandan da yan keçməyib.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda keçirilən brifinqdə deyib.

O bildirib ki, Azərbaycan məhdud su resurslarına malik coğrafiyada yaşayır: “70 faizə yaxın suyumuz transsərhəd çaylar hesabına təmin olunur. Adambaşına düşən suyun həcminə görə, ölkəmiz ilk yüzlükdə 90-cı yerdə qərarlaşıb. Su ehtiyatları baxımından isə dünyada 140-cı yerdəyik”.

Nazir müavini deyib ki, proqnozlar çox təəssüf ki, o qədər sakitləşdirici deyil:

“Son 30 ildə 20 faizə qədər azalıb. 2050-ci ilə qədər də 15-20 faizə qədər azalacağı ehtimal edilir. Bu, bizə sudan məsuliyyətlə istifadə etməli olduğumuzu göstərir”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər