11 C
Baku
Monday, November 25, 2024

“Facebook” və “Instagram”ın sahibi olan şirkət yeni sosial şəbəkə yaradır

“Facebook” və “Instagram” sosial şəbəkələrinin sahibi “Meta” şirkəti yeni sosial şəbəkənin yaradılması üzərində işləyir.

Banker.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Şirkətin açıqlamasında deyilir ki, “Biz insanlara real vaxt rejimində yazılı mesajlar mübadiləsi etməyə imkan verəcək mərkəzləşdirilməmiş və müstəqil sosial şəbəkənin yaradılmasını nəzərdən keçiririk”. Yeni platformasının “Twitter” mikrobloqlar şəbəkəsinə bənzəyəcəyi bildirilir.

Sosial şəbəkənin istifadəyə verilmə tarixi barədə məlumat yoxdur.

Son xəbərlər
Digər xəbərlər