14 C
Baku
Sunday, November 24, 2024

Xaçmazdakı aqroparkın kapitalı 60 mln. manata çatdırılıb

Azərbaycanın iri aqroparklarından biri “Food City Agropark” MMC-nin nizamnamə kapitalı 3.5 dəfə arıtılıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, “Food City Agropark” MMC-nin nizamnamə kapitalı  42 610 967 manat, yaxud 251% artırılmaqla 59 611 067 manata çatdırılıb.

“Foodcity Agropark” MMC 2018-ci ildə yaradılıb.Şirkətin Xaçmaz rayonunun Xudat şəhərində yerləşən aqrokompleksin tikintisinə 2020-ci ilin sentyabr ayından başlanılıb.

12 hektar ərazidə salınmış aqropark daxilində logistika mərkəzi, nəzarət-buraxılış məntəqələri, dövlət qurumları üçün inzibati binalar, soyuducu saxlanma anbarları, çeşidləmə-qablaşdırma sahələri ilə yanaşı ofis, qonaq evi, restoran və digər yardımçı tikililərin inşa edilib.

 

Son xəbərlər
Digər xəbərlər