11 C
Baku
Monday, November 25, 2024

İrandan portağal gətirən və uyğunsuzluq aşkarlanan şirkətlərin adları açıqlandı – Siyahı

Tədbirlər çərçivəsində İran İslam Respublikasından idxal edilən portağal məhsulu partiyalarına fitosanitar baxış keçirilib, müayinələrin aparılması məqsədilə məhsullardan nümunələr götürülərək Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Sınaq protokolları nəticəsində idxal olunmuş ümumilikdə 1438 tondan artıq 72 portağal məhsulu partiyasında (2023-cü ilin 1 yanvar-10 mart tarixlərində) karantin tətbiq edilən zərərli orqanizm – sitrus tristeza virusu (“citrus tristeza virus”) aşkarlanıb. Bu barədə İran İslam Respublikasının Milli Bitki Mühafizəsi Təşkilatına bildirişlər göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə Agentliyə məlumat verilməsi bildirilib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, faktlarla bağlı qanunvericiliyə uyğun olaraq, qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul edilib.

2023-cü ilin 1 yanvar-10 mart tarixlərində İrandan portağal məhsulları idxal edən və uyğunsuzluq aşkarlanan şirkətlərin adları aşağıdakı kimidir:

1. “Amotrade” MMC

2. “Fruit Logistik” MMC

3. “Senergy Az” MMC

4. “South Potato” MMC

5. “Əkinçi-10 2021” MMC

6. “Əli 1” MMC

7. “Limon Comp” MMC

8. “Albalı A Fruit” MMC

9. “Dry Fruits” MMC

10. “Ballı Store N” MMC

11. F/Ş Sadıqov İqbal Sayad oğlu

12. “Narnumru” MMC

13. “is” MMC

14. “Best Supply Company” MMC

15. F/Ş Hüseynov Şahverən Hüseynqulu oğlu

16. “Bilal Fruit” MMC

17. “Frut-ZV” MMC

Son xəbərlər
Digər xəbərlər