Balakəndəki qida müəssəsinə maya qoyulub

Azərbaycanda qida məhsullarının istehsalı, qablaşdırılması və satışını həyata keçirən “Balacans Agro Food” MMC-nin nizamnamə kapitalı artırılıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, “Balacans Agro Food”un nizamnamə kapitalı 1 449 000 manat və ya 11.5% artırılmaqla 14 008 217 manata çatdırılıb.

“Balacans Agro Food” MMC 2011-ci ildə təsis edilib. Şirkət qida məhsullarının istehsalı, qablaşdırılması (“Azərbaycan Koka-Kola Bottlers LTD” MMC üçün “Cappy” meyvə şirəsi və s.), satışı, meyvə bağları və birillik əkin, soyuducu anbar və enerji içkilərinin qablaşdırılması sahələrində fəaliyyət göstərir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər