9 C
Baku
Thursday, December 12, 2024

Ticarət şəbəkəsində 4.6 milyard manatlıq satış

2023-cü ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8.2 milyard manatlıq, o cümlədən 4.6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3.6 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.

Banker.az xəbər verir ki, 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2.8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2.2 faiz, qeyri-ərzaq malları üzrə 3.5 faiz artmışdır.

2023-cü ilin yanvar-fevral aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50.8 faizi ərzaq məhsullarının, 5.4 faizi içkilər və tütün məmulatlarının, 14.8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5.0 faizi avtomobil benzini və dizel yanacağının, 4.6 faizi elektrik malları və mebellərin, 2.6 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1.0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15.8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

Son xəbərlər
Digər xəbərlər