13 C
Baku
Saturday, November 23, 2024

Naxçıvan İşıqlandırma və Reklam Tərtibatı İdarəsi Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan Naxçıvan İşıqlandırma və Reklam Tərtibatı İdarəsi əmlakı ilə birlikdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.

Bununla bağlı Naxçıvan Nazirlər Kabineti müvafiq qərar qəbul edib.

Eyni zamanda, Nazirlər Kabinetinin 2023-cü il 10 mart tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarında müasir informasiya texnologiyalarından istifadənin, həmçinin informasiya təhlükəsizliyinin təşkili və təmin edilməsinə dair 2023-cü il üçün Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının dövlət qurumları daxilində elektron sənəd dövriyyəsi proqramının tərtib edilərək qurulmasına, muxtar respublikada fəaliyyət göstərən dövlət təşkilatlarında yeni texnologiyaların tələblərinə cavab verməyən və fəaliyyəti normal xarakter daşıyan internet saytların müasir texnologiyalardan istifadə olunmaqla yenilənməsinə, dövlət qurumlarının əməkdaşlarının “gov.az” domeninə bağlı e-poçt adresləri ilə təmin edilməsinə, eləcə də dövlət qurumlarında elektron imzanın tətbiqi istiqamətində müvafiq işlərin görülməsinə dair bir sıra işlər həyata keçiriləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər