14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan Mərkəzi Bankı bank sektorunda təmərküzləşməsinin artdığını bir daha etiraf etdi

Azərbaycan bank sistemində təmərküzləşmə (bir yerə toplanmaq, yığılmaq, cəmləşmək) səviyyəsində artım tendensiyası müşahidə edilir.

Banker.az bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə Maliyyə sabitliyi hesabatı qeyd edilir.

Beynəlxalq təcrübədə geniş istifadə olunan HHI* indeksi son illər aktiv və depozitlər üzrə təmərküzləşmədə artım, kreditlər üzrə isə azalma müşahidə edildiyini göstərir.

Bununla belə, 2022-ci ilin sonu üzrə bank sektorunda təmərküzləşmə aktivlər və depozitlər üzrə orta (müvafiq olaraq 1584 və 1819) və kredit portfeli üzrə isə aşağı (982) səviyyədə olub.

Ən böyük 3 bankın sistem üzrə bazar payının dinamikası son illərdə təmərküzləşmənin artdığını göstərir.

“Belə ki, 2019-cu il ilə müqayisədə ən böyük 3 bankın aktivlər üzrə bazar payı 9 f.b. artaraq 65%, depozit portfeli üzrə bazar payı 13 f.b. artaraq 70%, kredit portfeli üzrə bazar payı isə 8 f.b. artaraq 48% olmuşdur. Son 3 ildə bank sektoru üzrə təmərküzləşmənin artımı diqqətdə saxlanılır”- deyə, Azərbaycan Mərkəzi Bankının hesabatında deyilir.

23

*HHİ indeksi beynəlxalq təcrübədə bazarlarda rəqabətliliyin səviyyəsi və təmərküzləşməni qiymətləndirmək üçün istifadə olunur. Amerika Birləşmiş Ştatların Ədliyyə departamentinin təcrübəsinə əsasən bu indeks əsasında bazarlar 3 hissəyə ayrılır: aşağı səviyyədə təmərküzləşmiş bazarlar (HHİ<1500), orta səviyyədə təmərküzləşmiş bazarlar (1500<HHİ<2500), yüksək səviyyədə təmərküzləşmiş bazarlar (HHİ>2500). HHİin dəyəri 0-10000 arasında dəyişir.

Son xəbərlər
Digər xəbərlər