Fransanın paytaxtı Parisdə pensiya islahatına qarşı kütləvi etiraz aksiyası keçirilir.
Bu barədə TASS-ın hadisə yerindəki müxbiri məlumat verib.
Məlumatda deyilir ki, nümayişçilər islahatdan əl çəkməyi və ya iri biznes sahələrindən gələn yığımları artırmaqla, əlavə mənfəətdən vergi tətbiq etməklə pensiya sistemində tarazlığa nail olmağı tələb edirlər.
Həmçinin əlavə olunub ki, bu gün Fransanın pensiya sisteminin dəyişdirilməsi ilə bağlı qanunun qəbuluna etiraz olaraq keçirilən aksiya sayca səkkizincidir.
“Biz öz mövqeyimizin müdafiəsini davam etdirməkdə qərarlıyıq” – Fransa Həmkarlar İttifaqının rəhbəri Filip Martinez jurnalistlərə bildirib.