9 C
Baku
Thursday, December 12, 2024

Pakistanın defolt təhlükəsi aradan qalxıb

Pakistan hökuməti ölkəni defolt təhlükəsindən xilas edə bilib.

Bu barədə çərşənbə günü baş nazir Şahbaz Şərif Pakistan Qəzetlərinin Redaktorlar Şurasının üzvləri ilə görüşündə bildirib.

“Defolt təhlükəsi keçdi. Ölkəni iqtisadi tənəzzüldən çıxarmaq üçün Beynəlxalq Valyuta Fondu (BVF) ilə saziş çox yaxında bağlanacaq”, – hökumət başçısı deyib.

Şərifin sözlərinə görə, Pakistanda iqtisadi böhran keçmiş baş nazir İmran Xanın rəhbərlik etdiyi əvvəlki administrasiyanın BVF ilə müqavilələri pozması nəticəsində yaranıb.

“O, BVF ilə bağlanmış müqavilələri yerinə yetirməkdən qəsdən imtina edib. Bu, iqtisadiyyatın bərpasını çətinləşdirib və nəticədə hökumət indi fondun sərt şərtlərinə əməl etməlidir”, – deyə baş nazir qeyd edib.

Xatırladaq ki, məhz fondun təzyiqi ilə Pakistan hökuməti fevral ayında mayeləşdirilmiş təbii qazın qiymətini 16% qaldırmağa, həm də milli valyutanı dəstəkləməkdən imtina etməyə məcbur olub. Nəticədə onun məzənnəsi bir dollar üçün 276.5 Pakistan rupisi olmaqla rekord minimuma düşüb.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər