13 C
Baku
Friday, November 22, 2024

Qazaxıstan martda “Tengiz” neftinin Azərbaycana nəqlinə başlayacaq

Qazaxıstan martda Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ixracı nəzərdə tutulan neftin Azərbaycana nəqlinə başlamaq niyyətindədir. Bu barədə “KazMunayQaz” şirkətinin İdarə Heyəti sədrinin nəql üzrə müavini Bulat Zakirov məlumat verib.

“Ötən ilin sonunda biz Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə ildə 1.5 milyon ton neftin nəqlinə dair saziş imzalamışıq. Biz bu saziş çərçivəsində “Tengiz” yatağından hasil edilən neftin nəqlini planlaşdırırıq. Bu ay həmin marşrutla nəqlə başlamaq niyyətindəyik”, – deyə o, bu gün onlayn konfransda bildirib.

Son xəbərlər
Digər xəbərlər