15 C
Baku
Thursday, May 9, 2024

Elektrik enerjisi əsas qeyri-neft ixracı məhsuluna çevrilib – Ötən ildən 36% baha qiymətə ixrac

Elektrik enerjisi 2023-cü ildə Azərbaycanın qeyri-neft sektorunda əsas valyuta gətirən məhsula çevrilib.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ilin yanvar-fevral aylarında xaricə 1 mlrd. 730.95 kiloVatt-saat həcmində elektrik enerjisi satıb. Bu elektrik enerjisinin ixrac dəyəri iki ay ərzinzə 227.23 mln. ABŞ dolları təşkil edib.

2022-ci ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisi ixracı miqdarda 6 dəfə, dəyərlə isə 14 dəfə artmış olub. Dəyərin miqdardan artım dinamikasının daha kəskin olması ixrac edilmiş elektrikin dəyərinin bahalaşmasıdır. Məsələn, 2022-ci ildə 1000 kVt-saatı 55.72 dollara satılmışdısa, cari ildə bu rəqəm 131.27 dollara qədər “sıçrayıb”. Yəni hər 1000 kVt-saatı öncəki ildən 75.55 dollar və ya 36% baha satılıb.

Bununla da elektrik enerjisi ölkə ümumi ixracının 5.03%-ni,qeyri-neft sektoru üzrə isə 34.88%-ni əhatə edir ki, hazırda bu göstərici ilə liderdir. Ötən il ən böyük pay meyvə-tərəvəz ixracında idi, bu 19.99% təşkil edirdi.

Xatırladaq ki, Azərbaycan Qara dəniz sualtı elektrik xəttinin reallaşdırmaqla elektrik enerjisinin ixracını planlaşdırır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər