9 C
Baku
Monday, November 18, 2024

Notariat hərəkətləri nəticəsində büdcəyə daxil olan vəsait açıqlanıb

2022-ci ildə ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində 4.7 milyondan çox notariat hərəkəti rəsmiləşdirilib.

Bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, 306 min vətəndaşlıq vəziyyəti aktı qeydiyyata alınıb və bu əməliyyatlarla dövlət büdcəsinə 13 milyon manat vəsait köçürülüb. Həmçinin notariuslar tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələr təsdiq edilərkən 55 milyon manata qədər sadələşdirilmiş vergin hesablanaraq dövlət büdcəsinə köçürülüb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər