Porşe AG Rusiyadakı bütün aktivlərini satır.
Bu barəfə şirkətin illik hesabatında deyilir. Beləliklə, alman avtomobil istehsalçısı ən azı 2028-ci ilə qədər Rusiya bazarını tərk edəcək.
“2022-ci ilin dekabrında Porşe AG müstəqil xarici investorla iki Rusiya paylayıcı şirkəti, Porsche Russland MMC və Porsche Center Moscow MMC-ni, habelə maliyyə xidmətləri seqmentində olan Rusiya şirkəti Porsche Financial Services Russland LLC-ni satmaq barədə razılığa gəlib”, – məlumatda deyilir.
Porsche aktivlərinin dəqiq kimə satıldığı açıqlanmır.