16 C
Baku
Friday, October 18, 2024

“Networking Azerbaijan” biznes klubunun növbəti görüşü baş tutub

“Networking Azerbaijan” biznes klubu 15 mart tarixində növbəti möhtəşəm
tədbirini keçirib. Ənənələrinə sadiq qalaraq “Networking Azerbaijan” hər
ay tədbirlər keçirməyə və ölkənin işgüzar cəmiyyətini bir araya yığmağa
nail oldu. Bu dəfə tədbir Shah Palace Hoteldə baş tutdu. Tədbirdə
müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və idarəçilər iştirak
edib. Hər zaman olduğu kimi, tədbirin əsas məqsədi gələn qonaqlar
arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsindən ibarət
olub.
Banker.az xəbər verir ki, sahibkarlar işgüzar mühitdəki son tendensiyaları canlı müzakirə etməyə, fikir və təcrübələrini bölüşməyə müvəffəq olublar. Tədbiri açıq elan
edən Orxan Hacıyev gecənin qonaqlarını salamlayıb netvörkinqin
faydalarını qonaqlarla bölüşüb və çıxış üçün qonaqlar qarşısına
Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli və fövqəladə səfiri
zati-aliləri cənab Məhəmməd Əl Bluşi dəvət olunub. Cənab səfir BƏƏ və
Azərbaycan arasında işgüzar əlaqələrindən və inkişafından qonaqları
ətraflı məlumatlandırıb və ölkələrimiz və xalqlarımız arasında oxşar
mental və mədəni cəhətlərindən danışıb. Cənab səfir iki ölkə arasında
qarşılıqlı əməkdaşlıq və Networking Azerbaijan biznes klubu tərəfindən
təşkil olunan 28 aprel-2 may tarixində baş tutacaq Dubay turunda iştirak
edəcək sahibkarlara uğurlar arzulayıb. Tədbirdə qonaqlar bir-biri ilə
sərbəst ünsiyyət qura və tədbirin yaratdığı imkanlardan faydalana
biliblər. “Networking Azerbaijan” biznes klubunun bütün tədbirlərində
olduğu kimi, bu gecə də rahat ab-havada keçərək iştirakçılarının yüksək
əhval-ruhiyyəsini təmin edib.
 DSC 7994 scaled DSC 7961 scaled DSC 7937 scaled DSC 7930 scaled DSC 8190 scaled DSC 7881 scaled
DSC 8109 scaled
Son xəbərlər
Digər xəbərlər