8 C
Baku
Sunday, November 17, 2024

Böyük Britaniya neft ixracı üçün alternativ yollar tapmaqda Qazaxıstana kömək edəcək

“Böyük Britaniya enerjidaşıyıcıların ixracı üçün alternativ yollar tapmaqda Qazaxıstana kömək etmək niyyətindədir”.

Bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Qazaxıstanın XİN rəhbərliyi ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

“Qazaxıstan neftinin və qazının tədarükü ilə bağlı yaranan fasilələri müzakirə etmək imkanım oldu. Biz Qazaxıstan məhsulları – istər neft, istər qaz, istərsə də digər məhsulların ixracı üçün alternativ yollar tapmaq məqsədilə Böyük Britaniyanın Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsinin inkişafına necə dəstək verə biləcəyini müzakirə etdik. Biz iqtisadi bazanın qorunması və şaxələndirilməsi yollarını araşdırmaq üçün Qazaxıstan hökuməti ilə işləməyə davam edəcəyik”, – C. Kleverli deyib.

Son xəbərlər
Digər xəbərlər