“Türkiyə yəqin ki, öz ərazisində yaradılan qovşaq vasitəsilə təxminən 40 milyard kubmetr qaz tədarük edəcək”.
Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
“Hədəflərimizdən imtina etməmişik, bir il içində qovşaq işə başlaya bilər. İndi bizim öz Qara dəniz qazımız var. Biz ildə təxminən 55-60 milyard kubmetr qaz istehlak edə bilirik. Biz qovşağın daxilində qaz kəməri sisteminə 100 milyard kubmetr qazın verilməsini təmin edə bilərik və yaxşı planlaşdırsaq, 40 milyard kubmetr qaz ixrac edəcəyik”-deyə, o bildirib.
Onun sözlərinə görə, Türkiyə qovşağı daxilində yalnız tranzit ölkə kimi qəbul edilməməlidir.
“Beynəlxalq qaz ticarət mərkəzinin yerləşəcəyi ölkə Türkiyə olacaq və bir il ərzində onun yaradılması planlaşdırılır”.