Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna direktorun inzibati məsələlər üzrə müavini təyin edilib.
Bu barədə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutundan xəbər verilib. Bildirilib ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Namiq Ənvər oğlu Həsənov Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin olunub.