Azərbaycanda könüllü tibbi sığorta bazarı böyüməklə bərabər yüksək qazanclı biznes kimi böyüməkdədir.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-fevral aylarında könüllü tibbi sığorta bazarı öncəki ildən 4 faiz artıb. Sığorta yığımlarının həcmi 64 milyon 871.1 min manat təşkil edib. Sığorta ödənişlərinin həcmi isə cəmi 1% artaraq 11 milyon 308.2 min manat təşkil edib.
Beləliklə, tibbi sığorta haqları ilə ödənişləri arasında fərq müsbət 53 milyon 562.8 min manat təşkil edib. Bu öncəki ildə müsbət 51 milyon 135.8 min manat idi. Hazırda sığorta sektorunda qazanc baxımından ən yüksək göstərici məhz tibbi sığortadadır. Ona yaxın ikinci ən yüksək göstərici müsbət 27 milyon 584.9 min manat olan həyatın yaşam sığortasıdır.
Qeyd edək ki, 2022-ci il üzrə tibbi sığorta üzrə yığımlar 112 milyon 260 min manat, ödənişləri isə 70 milyon 222.1 min manat təşkil edib. Bu da onlar arasındakı fərqin müsbət 42 milyon 38 min manat olması deməkdir.